24 Oktyabr 2021 00:04
1587
CƏMİYYƏT
A- A+

Cavanlığın sirri

 

Təbiətdə qocalığın qarşısını alan, hətta prosesi tərsinə çevirən tərkibində antioksidantlar olan çox məhsullar var. Aşağıda sadaladıqlarımız bu məhsulların ön sırasında gələnlərdir:

Sarıkök -  yaşlanmaya qarşı savaşan B1, B2, B3, C və K vitaminləri, kalsium, dəmir, fosfor və yodla zəngindir. Tərkibindəki efir yağları, fenol birləşmələr sağlam hüceyrələri məhv edən sərbəst radikalların-molekulların təsirini zəiflədir.

Sarımsaq - orqanizmi cavanlaşdırmağa qadirdir. Tərkibində çoxlu mikroelementlər, efir yağları və antioksidantlar var. Bu məhsul insanın cavan qalmasına, həm zahirən, həm də daxilən sağlam olmasına kömək edir. Sarımsaq  zərərli xolesterinin səviyyəsini aşağı salır, qanın təbii laxtalanmasına kömək edir. Bu şəfalı tərəvəzdən ayrılan izotiosianat maddəsi xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Balıq - omeqa 3-ün əvəzedilməz qaynağıdır. Uzun zamandır elmə məlumdur ki, bu doymamış yağ turşuları anti-iltihab xassələrə malikdir, dəri, saç və dırnaqların qocalması ilə mübarizə aparır, hüceyrələrdə qan dövranını surətləndirir.

Balqabaq tumları - vitaminlər, amin turşuları və mineralların deposudur. Bu tumların tərkibində fosfor, maqniy, niasin, fol turşusu, B qrup vitaminlər, eyni zamanda, A, C, D və K vitaminləri mövcuddur. Həmçinin cavanlığın ömrünü uzadan E vitamini ilə zəngindir. Bu tumların tərkibində vacib mikroelement olan kollagenin yaranmasına təsir edən sink də mövcuddur. Kollagen dəri hüceyrələrinin yenilənməsinə səbəb olur, onun elastik olmasına,  saçların və dırnaqların, damarların sağlamlığına müsbət təsir göstərir.

Kakao - araşdırmalara əsasən, gündəlik bu ətirli içkidən istifadə edənlər  daha gec qocalırlar. Kakao dəri hüceyrələrinin normal funksiya göstərməsinə təsir edir və onun cavanlığını qoruyub saxlayır. Bu içkinin tərkibində A, PP, E və B vitaminləri, həmçinin kalsium, sink, ftor, maqnium və kaliy mineralları mövcuddur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video