03:28 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çaş-baş salan işıqforlar
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:11 06.11.2016

 

Maşın axını sıx olan küçələrdə, keçidlərdə işıqforların qoyulması hərəkət  iştirakçılarının təhlükəsizliyinə xidmət etməlidir. Bu məqsədlə işıqforların üzərinə zaman göstəriciləri də quraşdırılır. İşıqforun göstərişlərinin müddətini əks etdirən tablolarda rəqəmlərin işıqları da müvafiq rəngdə olur. Güman edirəm, bunun faydasını izah etməyə ehtiyac yoxdur.

Amma təəssüf ki, Goranboy şəhərindəki işıqforlar fərqli “rejim”də işləyir. Şəhərdəki  işıqforların zaman sayğacı yolun açılıb-bağlanmasını bildirən rəqəmləri yalnız qırmızı rəngdə göstərir. Bəlkə də yerli sürücülər, piyadalar buna alışıblar. Ancaq Goranboy qonaqlı-qaralı yerdir. Gəlib-gedən çox olur. Bu hal da nabələd piyada və sürücülərdə çaşqınlıq yaradır. Çünki hər yerdə, o cümlədən ətraf rayon və şəhərlərdə zaman tablosunun rəqəmləri işıqfordakı rəngə uyğun -  ya qırmızı, yaxud da yaşıl olur.

Çox istərdik ki, Goranboy şəhərindəki işıqforların bu texniki qüsuru aradan qaldırılsın. Bu, nə qədər tez olsa, piyadalar üçün  də yaxşı olar, avtomobil sürücüləri üçün də!

 

Vidadi NAMAZOV,

Goranboy rayon sakini 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM