20:50 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Buxardan hidrogenədək

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:45 25.09.2021

 

Buxarlı qatarlardan 20-ci əsrin ortalarına qədər istifadə edilmişdir. Amma texnologiyanın sürətli inkişafı qatar sənayesinə də təsirsiz qalmırdı. Nəticədə yeni dövrdən etibarən yanacaqlı və elektrikli qatarlardan istifadə edilir.

İlk elektrikli lokomotivi 1835-ci ildə Robert Deyvidson hazırlamışdı. Lakin bu qatar batareya ilə hərəkətə gətirilirdi. Batareya tez-tez doldurulmalı olduğundan dolayı lokomotivin istifadəsini mümkünsüz edirdi. Onun 1842-ci ildə hazırladığı əsl elektrikli qatar isə sınaq zamanı 5 tonluq yükü Edinburqdan Qlazqoya çatdırmışdı. Günümüzdə mövcud olan elektrikli qatarlar enerjini üzərindəki cərəyan xətlərindən və ya relslərdə yerləşən 3-cü relsdən alır. Yanacaqla işləyən qatarlar da hazırda kifayət qədər çoxdur.

Bir çox sahələrdə olduğu kimi, bu nəqliyyatda da atmosferə vurulan zərərin qarşısını almaq üçün yeni metodlar tətbiq edilir. 2018-ci ildə ilk dəfə Almaniyada hidrogen qatarı sərnişinlərin istifadəsinə verilib. Dünyanın ən məşhur şirkətlərindən biri olan Alstom tərəfindən istehsal edilən “Coradia” adlı bu qatar olduqca səssizdir. Qatarda yerləşən hidrogen əsaslı yanacaq havadan əldə olunan oksigen molekulları ilə birləşərək elektrik enerjisi əmələ gətirir və bu birləşmə nəticəsində qatar hərəkət edir.

Onu da qeyd etmək lazımdır ki, qatarl

ar  yükdaşımada əhəmiyyətli rol oynayır. Belə ki, dünyadakı yüklərin təxminən 40 faizi qatarla daşınır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM