15 May 2016 12:05
807
Oxucu məktubları
A- A+

Bütün sərnişinlərin rahatlığı nəzərə alınmalıdır

 

Hörmətli redaksiya! 9-cu mikrorayon paytaxtımızda sakinlərin sıx məskunlaşdığı, enişli-yoxuşlu ərazidə yerləşən yaşayış sahələrindəndir. Son illər burada abadlıq-quruculuq işləri aparılmış, sakinlərin rahatlığı üçün istirahət guşələri yaradılmışdır. Bu, bizi çox sevindirir.

Bunlara rəğmən, bizi narahat edən bir məsələni - ictimai nəqliyyatla bağlı təklifimizi aidiyyəti qurumların nəzərinə çatdırmaq istəyirik. Şəhərimizin müxtəlif istiqamətlərinə işləyən bir neçə marşrut xəttinin mikrorayonun aşağı hissəsində iki yerdə son dayanacağı var: 7, 18, 26, 29, 61, 65 nömrəli marşrutlar bu ərazidə fəaliyyət göstərir. Onların işindən narazılığımız yoxdur. Rahat, səliqə-sahmanlı, mədəni xidmət göstərən marşrutlardır. Bizi qayğılandıran isə odur ki, mikrorayonun yuxarı hissəsinə cəmi bir - 85 nömrəli marşrut işləyir. Dediyimiz kimi, yaşayış sahəsi enişli-yoxuşlu olduğuna görə aşağı hissəyə rahat gəlib çatan sakinlər (qocalar, qadın və uşaqlar) yoxuşlu ərazini qalxmaqda əziyyət çəkirlər. Aşağı hissəyə 6, yuxarı əraziyə 1 marşrut xəttinin işləməsi nə dərəcədə doğru və ədalətlidir? Yaxşı olardı ki, burada bütün sakinlərin maraqları, rahatlığı nəzərə alınsın: ya əlavə marşrut xətti (əvvəllər burada 27 nömrəli marşrut fəaliyyət göstərirdi) çəkilsin, ya da aşağıdakı xətlərdən bir neçəsinin səmti dəyişdirilib yuxarı əraziyə yönləndirilsin.

Xahiş edirik, aidiyyəti qurumlar bu məsələni hərtərəfli araşdırıb sakinlərin müraciətinə obyektiv reaksiya versinlər.

 

Niyazi HƏBİBOV,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video