14 Oktyabr 2011 06:10
385
DÜNYA
A- A+

Butanda dünyanın ən gənc kralı sadə tələbə qızla evləndi

 

Asiyanın ən imkanlı bəylərindən biri, Butanın 31 yaşlı Kralı Ciqme Khesar Namqyal Vanqçuk 21 yaşlı tələbə Cetsun Pema ilə evlənmişdir. Bu barədə Hindistan telekanalları xəbər verir.

Kral toyu mürəkkəb buddist mərasiminə uyğun keçirilmişdir. Toy saray münəccimlərinin müəyyən etdiyi vaxtda - səhər saat 8.20-də başlamışdır. Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.

Toy mərasimində müxtəlif ölkələrdən gəlmiş 1500 qonaq iştirak etmişdir. Məlumata görə, gəlin sadə ailədəndir. O, krallığın ən gözəl qızlarından hesab olunur. Hindistanda təhsil almış Cetsun hazırda London kolleclərinin birində beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini davam etdirir. Bir neçə dil bilən Cetsun incəsənət tarixi ilə yaxından maraqlanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video