27 Sentyabr 2011 12:09
414
Mədəniyyət
A- A+

Bülbülün xatirə günü qeyd edildi

 

Azərbaycan xalq mahnılarının mahir ifaçısı və görkəmli opera  müğənnisi, Azərbaycan milli vokal sənətinin banilərindən biri, SSRİ xalq artisti Bülbülün vəfatından 50 il keçir.

Onun ifasını səciyyələndirən əsas əlamətlərdən biri Azərbaycan xalq motivlərinin İtaliya klassik opera ifaçılığı ənənələri ilə əlaqələndirilməsi idi.

1936-cı ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operasında baş rolun ilk ifaçısı Bülbül olmuşdur.

1932-1961-ci illərdə Bülbül Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1940-cı ildən konservatoriyanın professoru olmuşdur.

Bülbülün elmi monoqrafiyaları bu gün də Azərbaycan xalq musiqisinə aid vəsaitlər kimi istifadə edilir. O, həm də Azərbaycan xalq çalğı alətlərində ifa etməyi öyrənən tələbələr üçün tədris vəsaitləri tərtib etmiş ilk musiqiçi olmuşdur.

Sentyabrın 26-da musiqi ictimaiyyətinin nümayəndələri, müğənninin doğmaları Bülbül Fondunda toplaşaraq onun xatirəsini ehtiramla yad etmişlər.

Xatirə gecəsinin iştirakçıları Fəxri xiyabanda Bülbülün məzarı üstünə tər çiçəklər qoymuş, xor kapellası "Şəbi hicran" əsərini ifa etmişdir.

Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Sonra ehsan verilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video