23:03 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu yağ zərərlidir, yoxsa...

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:22 22.08.2021

 

Hazırda istehsal olunan əksər qida məhsullarında palma yağlarından istifadə edilir. Lakin bu yağ haqqında cəmiyyətdə mənfi fikir formalaşıb, bir sıra mütəxəssislər, o cümlədən sağlam qidalanma ekspertləri, diyetoloqlar palma yağlarının insan orqanizmi üçün zərərli olduğunu söyləyirlər. Amma bunun əksini iddia edən fikirlər də mövcuddur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə palma yağı ilə bağlı məlumatında bildirir ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib.

Qeyd edilir ki, bu, yalnız laborator müayinələrdən sonra bilinir: “Palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Emal olunmuş yağ texniki məqsədlər üçün və məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir. Əgər texniki məqsədlər üçün olan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir. Məişət üçün istifadə olunan palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur”.

Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur. Müxtəlif növ qənnadı məmulatların, dondurmaların və bir çox şirniyyatların hazırlanmasında bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM