15:37 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu il Azərbaycan və Türkiyənin elektrik şəbəkəsi Gürcüstan vasitəsilə birləşəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 06.01.2012

 

2012-ci ildə Gürcüstanda iki yüksək gərginlikli elektrik enerjisi xətti istifadəyə veriləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Energetika və Təbii Resurslar Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, bu xətlərdən biri Gürcüstanla Türkiyənin enerji sistemini birləşdirəcək, o biri xətt isə Azərbaycandan Gürcüstana enerji ötürəcək. Gürcüstan hər iki ölkənin elektrik enerjisini indikindən daha çox ixrac edəcək.

2012-ci ildə istifadəyə verilməsi planlaşdırılan Azərbaycan-Türkiyə yüksək gərginlikli elektrik xətti hər iki ölkədə 500 kilovoltluq olacaq və bu xətlərin hər biri 1000 meqavatlıq elektrik enerjisi ötürə biləcək. Azərbaycandan ötürüləcək yüksək gərginlikli elektrik xətti Qardabanidən keçəcək. Bununla Azərbaycanın Türkiyəyə birbaşa elektrik enerjisi ötürmə imkanı olacaq. Bu layihə neft və qazdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə üçüncü əhəmiyyətli layihədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM