01 Fevral 2013 02:02
482
PARLAMENT
A- A+

Bu gün Milli Məclisin 2013-cü il yaz sessiyasının ilk plenar iclası keçiriləcək

 

Azərbaycan Respublikasının Milli Məclisinin 2012-ci ilin payız sessiyasının yekunları göstərdi ki, parlament hakimiyyətin əsas qollarından biri kimi fəaliyyətini uğurla davam etdirir. Qəbul edilən qanun və qərarlar respublikamızda qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə böyük töhfələr verməkdədir.

2012-ci ilin payız sessiyasında (1 oktyabr - 28 dekabr) Milli Məclisin 11 iclası keçirilib, 125 qanun və qərar qəbul olunub. Onlardan 16-sı qanun, 64-ü qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr, 12-si qərar, 33-ü isə beynəlxalq müqavilələr və konvensiyalardır. Parlamentdə bu dövrdə bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilib.

Payız sessiyası ərzində Milli Məclis komitələrinin 71 iclası keçirilib, 174 qanun və qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 200 məsələ müzakirə olunub.

Milli Məclis payız sessiyası dövründə demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanaraq qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirmişdir. Qanunverici orqanın fəaliyyətinin əsas istiqamətləri hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin davam etdirilməsi, ölkədə aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi, parlamentin beynəlxalq əlaqələrinin sərhədlərinin genişləndirilməsi olmuşdur. Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləmiş, lazım gəldikdə, ölkənin milli maraqları ilə bağlı məsələlərə öz münasibətini bildirmiş, qərarlar qəbul etmişdir.

Bu gün isə Milli Məclisin 2013-cü il yaz sessiyasının ilk iclası keçiriləcək. Qeyd edək ki, artıq komitələrin iclasları keçirilib, iş planları təsdiq olunub. Milli Məclisin qanunvericilik işləri planı da hazırdır. Parlamentin ilk plenar iclasında Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələyə baxılacaq, parlamentin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planının layihəsi müzakirə ediləcəkdir.

İlk plenar iclasın gündəliyinə "Azərbaycan Respublikası hökuməti və Uruqvay Şərq Respublikası hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə, "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə qanun layihələri daxil edilib. Bunlardan başqa, deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Patent haqqında" qanunlara dəyişikliklər edilməsi barədə məsələləri müzakirə edəcəklər.

Ümumiyyətlə, bu sessiyada Milli Məclisi çox məhsuldar fəaliyyət gözləyir. Təbii ki, sessiya ərzində qanunvericilik işləri planında nəzərdə tutulmuş layihələrdən başqa Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə daxil olacaq məsələlər də müzakirə ediləcək. Bu sessiyada, həmçinin Konstitusiyaya uyğun olaraq Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyətinə dair hesabat dinləniləcək. 

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video