02 Iyul 2021 00:24
755
İDMAN
A- A+

“Bu, futboldakı ən acı təcrübəmdir”

 

İsveç millisinin baş məşqçisi Yanne Anderson “Avro-2020”nin 1/8 finalında Ukraynaya uduzaraq mübarizəni dayandırdıqları matç haqqında danışıb.

59 yaşlı mütəxəssis deyib: “Olduqca yaxşı bir oyun keçirdik. İkinci hissədə oyuna nəzarət edə bildik. Ancaq sonradan oyun əlavə vaxta getdi və bu zaman müdafiə olunduq. Bu, bəlkə də futboldakı ən acı təcrübəmdir. Hamı məğlubiyyətə görə əsəbiləşdi. Paltardəyişmə otağında isə sükut var idi. Hamı sadəcə susurdu. Deyiləcək bir şey yox idi. İndi bizə heç nə kömək edə bilməz.

Bu gecə ölkəmizə getməliyik. Birdən-birə hər şey başa çatdı, birlikdə qurduğumuz gözəl olan hər şey. Böyük nəticə əldə etməyə yaxın idik. Ancaq başımızı dik tutub irəli baxacağıq. Çünki İsveç millisi 2004-cü ildən bəri qrupdan çıxmamışdı. Biz isə bunu bacardıq”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video