27 Avqust 2021 01:06
639
İDMAN
A- A+

Bu dəfə də ilk medalımız bürünc oldu

 

Pauerliftinqçimiz Pərvin Məmmədov paralimpiadanı 3-cü yerdə başa vurdu

 

Tokioda XVI Paralimpiya Oyunları davam edir. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi oluruq. Azərbaycanda da hamı Tokiodan medal xəbəri eşitmək ümidi ilə yarışları izləyir.

Bundan əvvəl iştirak etdikləri 6 paralimpiadada qazandıqları medallarla xalqımızı sevindirən Paralimpiya yığmamız artıq ilk medalını qazanıb. İlk yarış günündə bu idman növündə Pərvin Məmmədov (-49 kq) bürünc medala layiq görülüb.

Təmsilçimiz 156 kq ağırlıq qaldıraraq bürünc medal qazanmaqla yanaşı, ölkə idmanı tarixinə də düşüb. Belə ki, bununla Azərbaycan komandasının paralimpiadalarda medal qazandığı növlərin sayı 5-ə yüksəlib. Xatırladaq ki, idmançılarımız indiyədək güllə atıcılığı, cüdo, atletika və üzgüçülük növlərində fərqlənmişlər.

İlk medalçımız Pərvin Məmmədov deyib ki, sevincinin həddi-hüdudu yoxdur: “Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Yarış çətin keçdi və rəqiblərim çox güclü idi. Ən əsası, mükafatçılar arasında yer almağı bacardım”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, paralimpiyaçımız Pərvin Məmmədov ölkəmizi layiqincə təmsil etdi: “Komandamızın üzvü ölkəmizə ilk medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video