13 Avqust 2021 11:30
1032
DÜNYA
A- A+

Britaniyanın Plimut şəhərində silahlı hücum nəticəsində altı nəfər həlak olub

 

Böyük Britaniyanın Plimut şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində altı nəfər, o cümlədən bir uşaq həlak olub.

AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, cinayətkar da daxil olmaqla beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Şahidlərin sözlərinə görə, silahlı şəxs yaşayış evinin giriş qapısını qıraraq mənzilə daxil olub və qadınla qızını güllələyib. Sonra evin arxasındakı parka keçərək ətrafdakı insanları atəşə tutub.

Cinayətkarın kimliyi və cinayətin motivləri barədə məlumat verilmir. Hüquq-mühafizə orqanlarının tədqiqatı davam etdirdiyi və hadisənin terror aktı olmadığı bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video