15 Oktyabr 2011 06:10
443
Mədəniyyət
A- A+

Britaniyanın nüfuzlu «The Telegraph» qəzeti «Baku» jurnalının Londonda ilk nömrəsinin nəşri barədə yazmışdır

 

Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən "Baku" jurnalının oktyabrın 4-də Londonda ingilis dilində ilk nömrəsinin təqdimatı olmuşdur.

Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti jurnalın ingilis dilində ilk nömrəsinin nəşri barədə məlumat vermişdir.

"Conde Nast" nəşriyyat evi Azərbaycan haqqında yeni jurnal nəşr edir" başlıqlı materialda deyilir ki, "Vogue", "Tatler", "Vanity Fair" kimi məşhur jurnalların naşiri olan "Conde Nast" nəşriyyat evində çapdan çıxmış "Baku" jurnalının baş redaktoru Leyla Əliyevadır. Jurnal Azərbaycanın paytaxtı Bakının şərəfinə belə adlandırılmışdır.  2007-ci ildən rus dilində nəşr olunan "Baku" jurnalı indi beynəlxalq arenaya çıxmış və rübdə bir dəfə Avropa oxucularına təqdim ediləcəkdir.

 Məqalənin müəllifi jurnalın baş redaktoru Leyla Əliyevanın sözlərini sitat gətirərək yazır ki, nəşr Rusiya, İran və Türkiyə arasındakı ərazidə yerləşən və xəritədə qartal rəmzini xatırladan Azərbaycanın böyük dirçəliş dövrünü əks etdirəcəkdir.

Yazıda jurnalın ingilis dilində ilk nömrəsində dərc olunmuş materiallar və fotoşəkillər barədə məlumat verilir. Məqalənin sonunda müəllif Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsindən və növbəti Avropa mahnı müsabiqəsinin paytaxt Bakıda keçiriləcəyindən söhbət açılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video