20 Oktyabr 2021 10:12
762
SİYASƏT
A- A+

Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib

 

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri Azərbaycan xalqını təbrik ediblər.

AZƏRTAC xəbər verir k, İcmalar Palatasının deputatı, Britaniya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupunun sədri Bob Bləkmən özünün şəxsi sosial şəbəkə profillərində etdiyi paylaşımlarda uzun illərdən bəri ölkəmizin dostu olduğunu vurğulayaraq, Azərbaycan xalqını təbrik edib.

Lordlar Palatasının üzvü Con Kilkluni də özünün şəxsi tviter hesabında etdiyi paylaşımda müstəqilliyin bərpası münasibəti ilə Azərbaycanı təbrik edərək, dövlətimizin başçısına, eləcə də bütün Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Lordlar Palatasının daha bir üzvü Lord Şeyx isə Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanova ildönümü ilə bağlı yazdığı məktubun mətnini özünün tviter hesabında paylaşaraq Azərbaycan xalqını təbrik edib. O, Azərbaycanın müstəqil bir ölkə kimi keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video