06:29 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Zəfərin diplomatik davamı

ANA SƏHİFƏ / SİYASƏT
01:05 08.07.2021

 

Terror xislətli Ermənistan həm 30 ilə yaxın işğal dövründə, həm də Vətən müharibəsi gedişində torpaqlarımıza yüz minlərlə mina basdırıb. Bu gün piyada və tank əleyhinə minalar işğaldan azad edilmiş torpaqlarda əsas problem olsa da, Azərbaycan Prezidentinin qətiyyəti və uğurlu diplomatiyası nəticəsində Ermənistan onların basdırıldığı yerlərin xəritələrini Azərbaycana verməyə məcbur edilir. Ağdamdan sonra Füzuli və Zəngilan rayonları üzrə də minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verildi.

 

Ardıcıl diplomatik nailiyyətlər strateji hədəflərimizə çatmağa imkan verir

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri:

- Torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan dövləti postkonflikt dövründə də qətiyyətli mövqeyini davam etdirir və mühüm diplomatik nailiyyətlər qazanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya sayəsində ölkəmizin milli maraqları təmin olunur, yeni mərhələdə nəzərdə tutulan hədəflərə çatmağa nail olunur.

Hazırda Azərbaycan ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tam icrası, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial yanaşma ortaya qoyur. Ölkəmiz minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı ardıcıl mövqe sərgiləyir. Yeri gəlmişkən, Ağdamdan sonra Füzuli və Zəngilan rayonları ərazisində mina xəritələrinin əldə edilməsi Azərbaycan dövlətinin növbəti strateji nailiyyətidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik məharət nümayiş etdirərək Azərbaycanın bu istiqamətdə davamlı uğurlar qazanmasını təmin edir.

Əlbəttə, minalanmış ərazilərin xəritələrinin alınması bir çox cəhətdən müstəsna əhəmiyyətə malikdir. Birincisi, xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınması baxımından olduqca önəmlidir. Buna görə də on minlərlə vətəndaşımızın, eləcə də minatəmizləyənlərin həyatı təhlükədən xilas ediləcək. İkincisi, işğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri infrastrukturun yaradılması və bərpa işləri üzrə mühüm addımlar atılır, əhəmiyyətli layihələr reallaşdırılır. Təbii ki, minalanmış ərazilərin xəritələrinin alınması ilə işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, bərpa və yenidənqurma işləri daha intensiv xarakter  alacaq. Bu da Böyük Qayıdışı, daha dəqiq desək, soydaşlarımızın öz yurd-yerlərinə qovuşması prosesini sürətləndirəcək. Üçüncüsü, Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə reallaşdırılması nəzərdə tutulur. Füzulinin strateji önəmini, bölgədə bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, minalanmış ərazilərin xəritələrinin alınmasının necə böyük əhəmiyyət kəsb etdiyini bir daha anlayarıq.

Beləliklə, postmüharibə dövründə əldə olunan diplomatik nailiyyətlər Azərbaycan dövlətinin strateji hədəflərinə çatmağa imkan verir. Reallıqlar onu deməyə əsas verir ki, prinsipial mövqeyini davamlı sərgiləyən, öz şərtlərini diktə edən qalib Azərbaycan dövləti Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etmək və işğaldan azad olunmuş əraziləri cənnətə çevirmək iqtidarındadır.

 

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi

 

Fazil MUSTAFA,

Milli Məclisin deputatı,

Böyük Qurtuluş Partiyasının sədri:

- Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Füzuli və Zəngilanda işğal dövründə basdırılmış təqribən 92 min mina xəritəsinin ermənilərdən alınması Prezident İlham Əliyevin israrla və qətiyyətlə Ermənistan qarşısında qaldırdığı bütün məsələlərin bundan sonra da həll ediləcəyinə bir işarədir. Mina xəritələrinin Ermənistandan alınması Azərbaycan dövlətinin nüfuzu ilə bağlı məsələdir. Çünki bu gün Azərbaycan qalib ölkə, regionda söz sahibidir və bölgədə baş verən proseslər onun diktəsi ilə həyata keçirilir. Müharibə bitən gündən biz bu məsələni beynəlxalq səviyyədə daim qaldırdıq və bu da öz bəhrəsini verdi. Mina xəritələrinin Ermənistandan alınması böyük diplomatik uğurdur. Hesab edirəm ki, bunun ardınca digər hədəflərimizə, o cümlədən Zəngilan dəhlizinin açılmasına da çatacağıq.

Xəritələrin növbəti partiyasının verilməsi Azərbaycanın gələcəyi üçün olduqca önəmli hadisədir. Bu eyni zamanda Ermənistanın müəyyən dərəcədə inad savaşından uzaqlaşmaq və məsələlərə yeni formada yanaşmaq istəyinin bir işarəsidir. Azərbaycan bu xəritələri əldə edəndən sonra ərazilərin təmizlənməsini daha çevik və sürətlə həyata keçirəcək. Ona görə də bu istiqamətdə işlərin davam etdirilməsi olduqca vacibdir. Əminik ki, bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağa Böyük Qayıdış hərəkatını da sürətləndirəcək.

 

Mina xəritələrinin verilməsi infrastruktur işlərinin gedişinə müsbət təsir göstərəcək

 

Tamam CƏFƏROVA, 

Milli Məclisin deputatı:

- İyulun 3-də Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minanın xəritələrini Azərbaycana verdi. Ağdam rayonundan sonra Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrinin alınması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilməlidir.

Mina xəritələrinin təqdim olunması məskunlaşma prosesinin proqnozlaşdırıldığından daha qısa müddətə reallaşacağına imkan verəcək. Hazırda bərpa və yenidənqurma işləri üçün ən ciddi əngəllərdən biri məhz işğal dövründə həmin ərazilərdə ermənilər tərəfindən kifayət qədər çox sayda minaların basdırılmasıdır. Xəritələrin təqdim edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcək. Bu, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcək.

Minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azalmasına da gətirib çıxaracaq. Ermənistan bir müddət əvvəl 15 əsir qarşılığında Ağdamın minalanmış ərazilərinin xəritələrini Azərbaycana vermişdi. Füzuli və Zəngilanda 92 min mina ilə bağlı xəritələrin əldə olunması həmin uğurun davamıdır.

Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yolu xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir. Xəritələrin əldə olunması bu layihələrin daha tez zamanda icra olunmasına böyük töhfə verəcək.

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM