09:37 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Britaniyanın “ITE Group” şirkətinin icraçı direktoru Edvard Strahandan
ANA SƏHİFƏ / MƏKTUBLAR
19:30 23.11.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda mübarizədə qazandığı möhtəşəm zəfər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzun illər davam edən işğaldan və 1990-cı illərin əvvəllərində baş verən faciəvi hadisələrdən sonra Sizin müdrik rəhbərliyiniz, eləcə də bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayəsində çox qısa müddətdə qazandığınız bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.

İndiki vaxtda Bakıda olmaq istərdim. Sizin dünyanın nüfuzlu KİV-lərinə verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini inamla və müdrikcəsinə ifadə etdiyinizi böyük məmnunluqla izləmişəm. Əminəm ki, müsahibələrinizdə göstərdiyiniz tutarlı faktlar qlobal ictimai rəyi lehinizə dəyişib və ölkənizin diplomatik müstəvidə böyük qələbə qazanmasına səbəb olub.

Mən Bakıya qayıdacağım, eləcə də oradakı dostlarım və həmkarlarımla görüşüb onları təbrik edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu zəfərin həm onlar, həm də bütün Azərbaycan vətəndaşları üçün daimi qürur və ilham mənbəyi olduğunu yaxşı bilirəm. Bakıdakı komandamızın "ADEX” sərgisinin təşkili ilə bağlı gördüyü işlərlə fəxr etdiyini bilirəm və inanıram ki, bu sərgi XXI əsrdə üzləşdiyimiz çağırışlara cavab verməyə hazır müasir ordunun formalaşmasına az da olsa, töhfəsini verib.

Sizin mənə şəxsən təqdim etdiyiniz "Dostluq” ordenini böyük qürur hissi ilə daşıyıram və bir daha bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. "ADEX” sərgisi ilə tanışlığınız zamanı Sizinlə və ölkənizin Birinci vitse-prezidenti ilə görüşmək şərəfinə nail olduğuma görə Zati-alinizə minnətdarlığımı bildirir, bu xoşbəxt anlarda Sizi yeni tarix yazdığınıza görə bir daha təbrik edirəm.

Hörmətlə,


Edvard Strahan

Böyük Britaniyanın "ITE Group” şirkətinin icraçı direktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM