22 Aprel 2021 08:15
513
DÜNYA
A- A+

Böyük Britaniyada “TikTok” sosial şəbəkəsi məhkəməyə verilib  

 Böyük Britaniyada Uşaq Komissiyasının keçmiş üzvü “TikTok” sosial şəbəkəsini məhkəməyə verib.

Uşaq Komissiyasının keçmiş üzvü Anne Longfild “TikTok”un uşaqların telefon nömrələrinin, videolarının, olduqları yerlərin və biometrik məlumatlarının kifayət qədər xəbərdarlıq etmədən topladığını iddia edib.

Longfild “TikTok”un bu məlumatları toplayarkən kifayət qədər şəffaf davranmadığını, qanunla tələb olunan icazələri almadığını, valideynlərə və uşaqlara bu məlumatları necə istifadə edəcəyi barədə məlumat vermədiyini açıqlayıb.

Əgər sosial şəbəkənin məhkəmədə günahkar olduğu təsdiqlənərsə, zərər çəkən hər bir uşaq adına şirkətdən təzminat tələb ediləcək.

2019-cu ildə ABŞ-dakı Federal Ticarət Komissiyası da uşaqların məlumatlarının toplanmasına görə şirkəti 5 milyon dollar cərimələmişdi.

Video paylaşma tətbiqi olan “TikTok”un dünya üzrə 800 milyondan çox istifadəçisi var. Tətbiqin əsas şirkəti olan “ByteDance”, keçən il reklam gəlirlərindən 37 milyard dollar qazandıqlarını açıqlamışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video