25 Oktyabr 2011 02:10
402
DÜNYA
A- A+

Bolqarıstanın yeni Prezidenti ikinci turda seçiləcək

 

Bolqarıstanda keçirilmiş prezident seçkilərində namizədlərdən heç biri qələbə üçün lazım olan sayda səs toplaya bilməmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Seçki məntəqələrinin çıxışında aparılmış sorğuların nəticələrinə, əsasən hazırda hakim "Vətəndaşlar Bolqarıstanın avropasayağı inkişafı uğrunda" partiyasının namizədi Rosen Plevneliyev irəlidədir. O, təxminən 40 faiz səs əldə etmişdir. İkinci yerdə 30 faiz səslə Sosialist Partiyasının nümayəndəsi İvaylo Kalfin gedir. Üçüncü yerdə müstəqil namizəd Meqlena Kuneva qərarlaşmışdır. Onun lehinə seçicilərin 17 faizi səs vermişdir.

Ümumilikdə ölkə vətəndaşları 18 namizəd arasında seçim etmişlər. Seçkiləri 20-dən çox xarici müşahidəçi izləmişdir.

Namizədlərdən heç biri 51 faiz səs toplamadığından səsvermənin ikinci turu keçiriləcək. Prezident vəzifəsi uğrunda Plevneliyev və Kalfin mübarizə aparacaq. Seçkilərin ikinci turu oktyabrın 30-a təyin olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video