12:52 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bolqarıstandakı Azərbaycan diasporunun üzvlərindən
ANA SƏHİFƏ / MƏKTUBLAR
23:07 03.12.2020

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə münasibətilə Sizi, Azərbaycan dövlətini və əziz Azərbaycan xalqını Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri olaraq ürəkdən təbrik edirik.

Bu çətin günlərdə Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu xalqımızın Prezidentimizə və əsgərimizə olan inamını, öz gücünə etimadını fəxarətlə doğrultdu. Bu nailiyyətlər heç şübhəsiz ki, Sizin uğurla həyata keçirdiyiniz uzaqgörən siyasət nəticəsində qazanıldı. Bütün dünya azərbaycanlıları kimi, Bolqarıstanda yaşayan azərbaycanlılar da bu gün çox qürurlu və olduqca məğrurdurlar. Siz ordusu xalq olan Azərbaycan yaratdınız və bu iftixar Sizin əsərinizdir.

Böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz bu şanlı Qələbə bütün dünyaya Ali Baş Komandan olaraq Sizin möhkəm iradənizi, Azərbaycan xalqının həmrəylik ruhunu və Azərbaycan Ordusunun döyüş əzmini, eləcə də potensial və bacarığını sübut etdi. Məhz Sizin səyləriniz nəticəsində öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və digər xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu peşəkarlığı və əzmkarlığı ilə Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib. Mahir sərkərdə olaraq Sizin öndərliyinizdə qazanılmış bu möhtəşəm Qələbə tariximizdə şanlı və əlamətdar hadisə olaraq yer alacaqdır. Bu Qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə təşəkkür etməyi özümüzə borc bilirik.

Bu gün sevincimizin və rəhbərimizə olan güvənimizin həddi-hüdudu yoxdur. Böyük sərkərdəlik məharəti ilə idarə etdiyiniz Azərbaycan Ordusunun zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə başa çatdı. Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan Ordusunun qətiyyəti qarşısında tab gətirə bilməyəcəyini, məhvə düçar olacağını anlayan düşmən məğlubiyyətini etiraf edərək diz çökməyə məcbur oldu. Şəhid analarının ürəyi rahat olsun, şəhidlərimizin məzarı nurla dolsun, çünki Sizin polad iradəsiniz sayəsində onların qanı yerdə qalmadı. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək yeni üfüqlərə qədəm qoyacaqdır.

Bu ağır günlərdə qəlbi daim doğma Azərbaycanımızla döyünən vətəndaş və soydaşlar olaraq Sizə ən xoş diləklərimizi çatdırmaq istəyirik. Fürsətdən istifadə edərək doğma Vətənimizin, milli dövlətçiliyimizin tərəqqisi naminə göstərdiyiniz çətin və şərəfli xidmətinizdə Sizə daha böyük nailiyyətlər, əvəzolunmaz müvəffəqiyyətlər arzu edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,


Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri:

Natella Abdullayevə

Nərgiz Stefanova

Ellada Dotçeva

Sofiya Şıqayeva–Mitreska

Kamalə Məmmədova

Nərgiz Əhmədova–İvanova

Todor İvanov


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM