16:16 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Boksçumuz 1/8 finalda

ANA SƏHİFƏ / İDMAN
00:36 25.07.2021

 

Olimpiadada boks yarışlarının ilk günü rinqə 3 idmançımız çıxıb. 57 kq çəki dərəcəsində yer alan Tayfur Əliyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun rəqibi vyetnamlı Duonq van Nquyen olub. Əliyev ilk raundu noqdauna düşməsinə baxmayaraq, 5 hakimdən 4-ü ona qələbə verib. İkinci raundda bütün hakimlər Nquyeni fərqləndirib. Üçüncü raundda isə 5 hakimdən 3-ü Azərbaycan təmsilçisinin üstün döyüşdüyünü bildirib.

Yekunda 3 hakim vyetnamlı, 2-si azərbaycanlının xeyrinə qərar verib. Bununla da Nquyen 3:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb. İkinci raundda qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib. Hakimlər üçüncü raundda qarşılaşmanı dayandıraraq azərbaycanlı boksçunun döyüşü davam etdirməsinə icazə verməyiblər. Nəticədə texniki nokaut alan idmançı mübarizəni vaxtından əvvəl dayandırıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev mübarizəyə 1/16 finaldan başlayıb. Onun rəqibi bruneyli Denis Latıpov olub. Abdullayev ilk iki raundda rəqibindən üstün olub. Üçüncü raundda 5 hakimdən 4-ü qələbəni Latıpova versə də, yekunda 3:1 hesabı ilə qalib gələn azərbaycanlı boksçu 1/8 finala vəsiqə qazanıb. Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM