23 Oktyabr 2011 12:10
328
DÜNYA
A- A+

BMT TŞ-nin yeni müvəqqəti üzvləri seçildi

 

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının (TŞ) 2012-2013-cü illər üçün yeni müvəqqəti üzvlərinin seçkiləri keçirilmişdir. Bu barədə BMT Baş Məclisinin saytı xəbər verir.

BMT TŞ-nin tərkibinə yeni müvəqqəti üzv kimi daxil olan ölkələr Qvatemala, Mərakeş, Pakistan və Toqodur.

BMT TŞ-yə 15 ölkə, o cümlədən veto hüququna malik 5 daimi (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin) və coğrafi prinsip üzrə seçilən 10 müvəqqəti dövlət daxildir. BMT TŞ-nin müvəqqəti üzvü olmaq üçün seçkilərdə iştirak edən ölkə nümayəndələrin səslərinin üçdə ikisini qazanmalıdır.

Son səsvermədə Qvatemala 191, Mərakeş 151, Pakistan isə 129 səs qazanmışdır. Bu ölkələr səsvermənin birinci mərhələsində BMT TŞ-nin müvəqqəti üzvü seçilmişlər. İkinci mərhələdə isə Toqo seçilmişdir (131 səs).

BMT TŞ-nin beşinci müvəqqəti üzvü yeri uğrunda Azərbaycan, Sloveniya və Macarıstan mübarizə aparmışlar. İkinci tura Azərbaycan və Sloveniya çıxmışlar. Lakin doqquzuncu turdan da sonra heç bir tərəf üçdə iki səs toplaya bilməmişdir. Növbəti səsvermə sabah keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video