29 Oktyabr 2011 02:10
454
DÜNYA
A- A+

BMT Liviyada hərbi əməliyyatı dayandırdı

 

BMT Təhlükəsizlik Şurası (TŞ) Liviyada NATO-nün hərbi əməliyyatının dayandırılması haqqında qərar qəbul etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Şuranın bütün 15 üzvü həmçinin Liviyanın hava məkanında uçuşsuz zona rejiminin ləğvinə səs vermişdir.

Şimali Atlantika alyansının Liviyanın dinc əhalisinin müdafiəsi üzrə bütün əməliyyatları oktyabrın 31-də dayandırılacaq.

Xatırladaq ki, Liviya Milli Keçid Şurası (MKŞ) əməliyyatın müddətinin uzadılmasını təkid edirdi.

Qəbul olunmuş qətnamə həmçinin Liviyaya silah satılmasına embarqo rejimini yumşaldır. Bu, MKŞ-nin Liviya ordusu üçün silah almasına imkan verəcək.

Bundan əlavə, TŞ Liviya neft şirkətlərinin, banklarının və dövlət müəssisələrinin xaricdəki hesablarını açmaq qərarına gəlmişdir. Liviya təyyarələrinə beynəlxalq reyslər həyata keçirməyə icazə verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video