10:27 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BMT İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanılmasını alqışlayıb

ANA SƏHİFƏ / DÜNYA
18:44 06.04.2021

BMT-nin baş katibi Antonio Quterreş İranın nüvə sazişi üzrə birgə komissiyanın toplantısına dəstək nümayiş etdirib. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin konstruktiv dialoq aparmaq və bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün diplomatiyadan istifadə etməklə göstərdikləri fəal səyləri alqışlayırıq”, - deyə Düjarrik qeyd edib.
Qeyd edək ki, aprelin 2-də İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qatılan ölkələr virtual görüş keçirib. AB xarici siyasət xidmətinin məlumatına görə, onlar ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış perspektivinə və nüvə anlaşmasını qorumaq öhdəliklərinə müsbət təsir etməyə hazır olduqlarını bir daha bəyan ediblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası isə aprelin 6-da Vyanada keçirilib.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM