09:46 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bizim qalaktikada həyat ola biləcək milyardlarla planet var
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:11 09.11.2013

 

Bizim qalaktikamızda - Süd Yolunda ölçülərinə, kütləsinə və  səthindəki temperatura görə Yerə oxşar 8,8 milyard səma cismi mövcuddur.  "Kepler" kosmik teleskopu vasitəsilə toplanılmış informasiya əsasında aparılan hesablamalar və alınan bu nəticə ABŞ Milli Elmlər Akademiyasının elmi jurnalında dərc olunub.

Amerika astronomlarının qənaətinə görə, milyardlarla Yerə bənzər planetdə  həyatın müxtəlif formalarının mövcudluğu istisna deyil. 

Planetlərin hamısı Günəş kimi ulduzların peykləridirlər. İddiaya əsasən,  Süd Yolu qalaktikasındakı ulduzların 22 faizi Yer kimi peykə - planetar sistemlərə malikdir. Üzərində bioloji həyat ola biləcək potensial planetlərdən bizə ən yaxını 15 işıq ili məsafədədir. Xatırladaq ki, təkcə bir işıq ayı təxminən 790 milyard kilometrdir.

"Kepler" teleskopu vasitəsilə aparılan  digər tədqiqat zamanı konkret olaraq  həyat üçün yararlı potensial  3538 planet qeydə alınıb. Bunlardan 647-nin ölçüləri Yerə yaxındır, 104 planet isə ulduzları ilə elə məsafədədir ki, səthlərində su ola bilər. Bu da həyatın yaranışı və mövcudluğu  üçün əsas şərtlərdən biridir.

Tədqiqat zamanı günəş sistemlərinin tamamilə fərqli  formaları da kəşf edilib.

Qeyd edək ki, astronom İohan Keplerin adı verilmiş "Kepler" teleskopu 2009-cu ilin martında orbitə çıxarılıb. Onun vasitəsilə 150 min ulduzun tədqiq olunması  planlaşdırılsa da, aparatda müəyyən texniki problemlər yaranıb. Hazırda orbital teleskopun fəaliyyətini davam etdirə bilməsi üçün onun yenidən modifikasiyası üzərində iş aparılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM