13 Iyul 2021 00:27
1001
İDMAN
A- A+

“Biz qələbəyə layiqik”

 

“Bu, böyük hekayədir. Xəyalımız gerçəkləşdi. Həqiqətən də bu, sadəcə inanılmazdır. Yarışa yeni başlayanda bir nağılın ecazkar varlığını hiss etmişdik. Hər gün bu hiss yalnız böyüyürdü”.

Bu sözləri İtaliya millisinin kapitanı Corco Kyellini “Avro-2020”nin finalında İngiltərəyə qalib gəldikləri matç barədə danışarkən deyib.

O, UEFA-nın rəsmi saytına açıqlamasında fikirlərinə belə davam edib: “Biz 2006-cı il dünya çempionatında əlində kubok olan Kannavaronun şəklini təsəvvür etdik və bu, bizə uğur gətirdi. Şanslıyam, çünki əvvəlcə Buffonla bir yerdə oynamışam, indi isə Donnarumma ilə birgə oynayıram. Çətin oyun idi. Görüşə pis başladıq. Xüsusilə, tribunadakı azarkeşlər rəqibə əlavə enerji verdikləri üçün bizə çətin oldu. Ancaq sakit və soyuqqanlı davrandıq. Bu, vacib idi. Fasilədə danışdıq, ötürmələri yaxşılaşdırmağın, qapıya zərbələr vurmağın lazım olduğunu müzakirə etdik. Qalib gəlməyin yeganə yolunun oyuna nəzarət etmək olduğuna qərar verdik.

Bu qələbəni xəyal edirdik və indi tarix yazdıq. Avropa çempionu olduq. Biz inanılmaz dərəcədə xoşbəxtik. Biz qələbəyə layiqik. Möcüzəvi hadisələrin əlaməti sadəcə havada hiss olunurdu. Bütün İtaliya bu qalibiyyətə layiqdir. İndi zövq almağın vaxtıdır. Həmişə futboldan sevinc və zövq alaraq oynamağa çalışmışıq. İlk dəqiqələrdəki şoka baxmayaraq, oyuna nəzarəti ələ aldıq və sona qədər qoruduq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video