10:53 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Biz bir-birimizə həmişə, hər yerdə yardımçı olmalıyıq

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:23 13.06.2021

 

Qan minlərlə ananı, körpə uşaqları, xəsarət alanları vaxtsız ölümdən xilas edir

 

Orqanizmin sağlam qalması üçün müəyyən amillər var ki, onlardan biri, daha doğrusu, ən mühümü qan və onun komponentləridir. Bədəndə qan dövranı pozulduqda insan müxtəlif sağalmaz xəstəliklərə tutulur. Ona görə də “Başqalarını düşün, qan ver, həyatla bölüş” devizi ilə keçirilən ümumdünya qan donoru kampaniyası da ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək  məqsədi daşıyır. Çünki qan donorluğu insan həyatını xilas edən xeyirxah addımlardandır.

14 iyun 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi ilə bağlı qərar qəbul edilib.

 

300-400 milliqram qanla bir insan həyatı xilas oluna bilər

 

Uzun illər hematoloji xəstələrin müalicəsi ilə məşğul olmuş, hematologiya və səhiyyənin təşkili üzrə fəlsəfə doktoru, qan xəstəlikləri üzrə mütəxəssis kimi bir çox beynəlxalq konfransların (ABŞ, Fransa, Türkiyə, Kanada və s.) iştirakçısı və məruzəçisi olan Mehparə Kazımovanın fikrincə, insan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur. Bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır: “...Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirə bilər. Buna görə də donorun 300-400 milliqram qanı ilə tam bir həyat xilas etməsi  tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallarla üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qan mübadiləsini təmin edir. Qanı heç bir başqa preparatla əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar...”

Təəssüflə qeyd etməliyik ki, dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü və təmənnasız donorların qanıdır. Bilməliyik ki, təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.

Doktor M.Kazımova onu da vacib sayır ki, ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri də donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün yalnız Səhiyyə nazirliyi deyil, müxtəlif dövlət və qeyri-hökumət qurumları, KİV-lər də öz töhfəsini verməlidir. Hazırda dünyanın 60-dan çox ölkəsində sırf könüllü donorluq əsasında qanvermə xidmətləri fəaliyyət göstərir”.

Hər il bütün dünyada insanların həyatını xilas etmək və sağlamlığını yaxşılaşdırmaq məqsədi ilə donorlar tərəfindən ən azı 100 milyon doza qan verilir. Buna baxmayaraq, köçürmək üçün qana tələbat durmadan artır. Təəssüf ki, hələ də bir çox ölkələr mövcud tələbatın öhdəsindən gələ bilmirlər.

 

70-dən artıq ölkədə donorlar  var

 

Təcili cərrahiyyə əməliyyatları, o cümlədən artmaqda olan yol-nəqliyyat qəzaları nəticəsində xəsarət almış insanların, habelə anadangəlmə bəzi xəstəliklərin müalicəsi üçün qan və onun komponentləri lazım olur. Donorların, ümumiyyətlə, dünyada sayının az olması, yəni əhalinin ümumi sayının cəmi 1 faizini təşkil etməsi ürəkaçan göstərici deyil. Nəzərə alaq ki, onlar da cəmi 70-dən bir az artıq ölkədə yaşayırlar. Qan üzrə mütəxəssis hesab edir ki, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin: “Onu da qeyd edək ki, Azərbaycanda donor qanının və onun komponentlərinin təmin edilməsi üzrə milli siyasətin əsas prinsipləri formalaşdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyə başlandı. Bu proqramın həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verilib. Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları əldə edirlər.

Milli Məclisin qəbul etdiyi “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanunu 2005-ci ilin may ayında Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (2006-2010 və 2011-2015)  da bu qəbildən olan sənədlər sırasına daxildir...”

 

Donorluğun koronavirusa qarşı mübarizəsi

 

Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi (MQB-ın veb.saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, KİV-lər vasitəsilə çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi və s.) ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb: “Heydər Əliyev Fondunun çağırışına uyğun olaraq, təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında da fəaliyyət göstərən müəssisə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil olunur. Donorluq aksiyalarının təşkilində tibb işçiləri daha çox fəallıq nümayiş etdirilər. Onlar qrafik əsasında müntəzəm olaraq qan verirlər. Bütün bu tədbirlər qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə gətirib çıxarır. Donorlar ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alına və əvəz oluna bilməyən nemət sayılan cansağlığının bərpası üçün başqalarına öz qanını verirlər. Təsadüfü deyil ki, donor sözü qədim latınca “donore”, yəni “bəxş etmək” deməkdir. Bir çox hallarda onların hədiyyəsi digər insanın həyatını xilas edir”.

Bu gün artıq bütün dünyanı çənginə alan koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirlərində də qanvermənin necə əhəmiyyətli olması faktoru özünü bir daha qabarıq şəkildə göstərdi. Hətta virusa yoluxub, onunla döyüşərək qalib gəlmiş pasiyentlərin sağaldıqdan sonra verdikləri qan digər xəstələrin həyatlarını xilas edəcək qədər dəyərli hesab edilir. Buna görə də donorluq bir könüllülük hərəkatı kimi genişləndirilməli, daha çox ictimaiyyəti özünə cəlb etməlidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM