23:02 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bitkiçilik məhsullarının istehsalı 9,4 faiz çoxalıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 06.01.2012

 

Keçən ilin on bir ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4382,7 milyon manat olub.

2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz artıb.

Dekabrın 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 967 min hektar taxıl sahəsinin hər hektarından orta hesabla 25,4 sentner olmaqla 2457,9 min ton dənli və dənli paxlalı məhsul toplanıb. Məhsulun 93,8 faizi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 6,2 faizi qarğıdalı dənidir.

Mövsüm ərzində sahələrdən 477,9 min ton bostan məhsulları və 1196,5 min ton tərəvəz toplanıb.

2011-ci il dekabrın 1-nə kimi 58 min ton və yaxud keçən ildəkindən 64,5 faiz çox xam pambıq yığılıb satılıb. Tütünün əkini sahəsi 6,5 faiz, istehsalı isə 10,6 faiz artıb və qurudulmuş çəkidə 3,6 min ton tütün yarpağı yığılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM