14:47 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bişkekdə «Prezident İlham Əliyev» kitabının ikinci cildi rus dilində nəşr edilmişdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 14.10.2011

 

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə paytaxtdakı "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" çoxcildliyinin ikinci cildi rus dilində çap olunmuşdur.

Kitabda ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət təhlil edilir. Nəşrdə Azərbaycanın iqtisadi inkişafı, dövlət başçısının səfərləri, görüşləri və çıxışları da yer almışdır.

Kitabda 2008-ci ildə Bişkekdə ulu öndər Heydər Əliyevin 85 və tanınmış yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri ilə əlaqədar materiallar da verilmişdir.

Nəfis tərtibatla nəşr edilən 756 səhifəlik kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyevdir. 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın Qırğız, Özbəkistan, Qazaxıstan və digər ölkələrdə pulsuz yayılması nəzərdə tutulmuşdur.

"Prezident İlham Əliyev" kitabının 1-ci cildi bu ilin əvvəllərində Bişkekdə nəşr edilmişdir.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Bişkek



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM