20 Iyun 2021 00:48
6534
İDMAN
A- A+

BİR XALLIQ TUR

 

D qrupu

 

İngiltərə - Şotlandiya - 0:0

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

London. “Uembli” stadionu

 

“Avro-2020”nin ev sahibərindən biri olan İngiltərə yığması doğma arenada Şotlandiya yığmasını qəbul etdi.

Matça sürətli başlayan ingilislər daha çox cinahlardan hücumların qurulmasına üstünlük verdilər. Belə ki, müdafiənin mərkəzində daha sayıq görünən şotlandlar cinahlarda heç də uğurlu deyildilər.

Çünki sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşayırdılar. Nəticədə hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan Şotlandiya matçın ilk dəqiqələrində qapısı qarşısında təhlükəli epizodlar yaşadı.

Bütün bunlara baxmayaraq, İngiltərə millisinin də nümayiş etdirdiyi futbol azarkeşlərin ürəyincə olmadı. Adətən sürətli, davamlı pressinq tətbiq edərək rəqibinin müdafiədən oyun qurmasına imkan verməyən İngiltərə millisindən sanki əsər-əlamət yox idi. Qarşılaşmanın ilk dəqiqəsindən çox maraqsız keçən matçın yekununda qapılara top vurulmadı.

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatına seçmə mərhələnin A qrupunun lideri kimi yollanıb. Britaniyalılar Çexiya, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 oyunun 7-də qalib gəlib, 1 matçda məğlub olub. Komanda yeganə məğlubiyyətini səfərdə Çexiya ilə oyunda alıb. Beləliklə, 8 matçda 21 xal toplayan ingilislər qrup lideri olub. Komanda ən yaxın izləyicisi Çexiyanı 6 xal qabaqlayıb.

İngiltərə həmçinin seçmə mərhələnin ən məhsuldar komandalarından idi. 37 qol vuran yığma qapısında 6 top görmüşdü. İngilislərin ən məhsuldar oyunçusu 12 qolla Harri Keyn olub. O, ümumən seçmə mərhələnin bombardiri adını qazanıb.

İngiltərə “Avro-2020”nin ev sahiblərindəndi. Sayca 10-cu dəfə Avropa çempionatında yarışan futbolun yaradıcıları indiyə qədər qitə birincisi olmağı bacarmayıb. Yığma iki dəfə yarımfinala qədər irəliləyə bilib. Bunlar ötən əsrdə - 1968-ci və 1996-cı illərin çempionatlarında baş verib. Yığma 2016-cı ildə dörddəbir finalda mübarizəni dayandırıb.

***

D qrupunun digər matçında isə Xorvatiya və Çexiya yığmaları üz-üzə gəldilər. Düzdür, ilk hissədə mübarizə meydançanın daha çox mərkəzində getsə də, çexlərin qurduqları hücumlar daha kəsərli idi. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən Çexiya yığması meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək xorvatların oyun qurmasına mane olurdu. Xorvatiya bundan əvvəlki turnirlərə nisbətən zəif çıxışı ilə hər kəsi təəccübləndirməkdədir. Komanda bu matçda da yaranan əks hücumlarda müdafiənin arxasına atılan toplarla qol epizodu yaratmağa çalışırdı.

Nəhayət, Çexiya millisinin ardıcıl qurduğu hücumlar öz nəticəsini verdi. 37-ci dəqiqədə Patrik Şik penaltidən vurduğu qolla görüşdə hesabı açdı. Qoldan sonra tədricən ötürmələrə üstünlük verən xorvatlar 48-ci dəqiqədə Perişiçin vurduğu qolla hesabda tarazlığı bərpa etdilər. Bundan sonra hər iki komandanın qol vurmaq üçün şansları olsa da, onlardan yararlana bilmədilər. 

Qeyd edək ki, Xorvatiya yığması Avropa çempionatına seçmə mərhələnin E qrupunun lideri kimi yollanıb. Seçmə mərhələdə 17 qol vuran komanda qapısında 7 top görüb. Xorvatların ən məhsuldar oyunçusu Bruno Petkoviç idi - 4 qol. O, ümumən E qrupunun bombardiri oldu. İvan Perişiçlə Nikola Vlaşiç 3, Luka Modriç 2 dəfə fərqləndisə, 3 futbolçu adını 1 dəfə tabloya yazdıra bildi.

Xorvatiya müstəqillik dövründə 5 dəfə Avropa çempionatında iştirak edib. Yığma yalnız 2000-ci il qitə birinciliyində oynamaq hüququ qazanmayıb. Komandanın ən yaxşı nəticəsi dörddəbir finala kimi yüksəlməkdi. Milli 1996-cı və 2008-ci illərdə buna nail olub. 2016-cı il çempionatında komanda 1/8 finalda mübarizəni dayandırıb.

Çexiya yığması isə  Avropa çempionatına seçmə mərhələnin A qrupunun ikincisi kimi qatılıb. Komanda İngiltərə, Kosovo, Bolqarıstan və Monteneqro ilə mübarizədə 8 matçın 5-də qələbə qazanıb, 3 dəfə məğlub olub. Yaroslav Şilqaviyin rəhbərlik etdiyi kollektiv 8 matçda 13 qol vurub, öz qapısında 11 top görüb. Yığmanın ən yaxşı bombardiri 4 qolla Patrik Şik olub.

Çexiya Slovakiyadan ayrılandan sonra bütün Avropa çempionatlarının final mərhələsinin iştirakçısı olub. Yığma ən yaxşı nəticəsini “Avro-1996”da qazanıb. Həmin vaxt finala qədər irəliləyən komanda həlledici matçda Almaniyaya məğlub olaraq gümüş medalları qazanıb. 2004-cü il çempionatında isə Çexiya yarımfinala qədər irəliləməyi bacarıb. Yığma 2016-cı ildə keçirilmiş son qitə birinciliyində qrup səddini aşa bilməyib.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video