10:16 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bir həftədə Sudanda silahlı münaqişə nəticəsində 87 nəfər öldürülüb
ANA SƏHİFƏ / DÜNYA
14:51 08.04.2021

 

Sudanın Qərbi Darfur regionunda bir həftədir davam edən silahlı münaqişədə 87 nəfər öldürülüb.

AZƏRTAC xəbər verir ki, Darfur Həkimlər Komissiyasının məlumatına görə, daha 191 nəfər yaralanıb, minlərlə dinc sakin evlərini tərk edib.

Qərbi Darfurda massalit tayfası ilə ərəb icmaları arasında şiddətlənən silahlı münaqişənin ağır fəsadları da açıqlanıb. Bu əraziyə raket hücumu zamanı Sultan Tacəldin Hospitalı və elektrik stansiyası dağıdılıb, qaçqın düşən insanlar arasında aclıq başlayıb. BMT-nin Sudan üzrə nümayəndəsinin məlumatında yanvardan bəri 100 min dinc sakinin qaçqın düşdüyü, 700 mindən çox insanın humanitar fəlakətlə qarşı-qarşıya qaldığı bildirilib.

Sudanın bu bölgəsində qəbilə və tayfalar arasında 2003-cü ildən bəri davam edən silahlı toqquşmalarda 300 mindən çox insan həlak olub, 2,5 milyon dinc sakin evlərini tərk edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM