20 Sentyabr 2014 04:09
421
Elm və texnika
A- A+

Bilik Fondunda “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı tədbir keçirilib

“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Prezidentin fərdi təqaüdçüsü, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü İdris Rzabəyov və Azərbaycan Dövlət Neft Akademiyasının ümumi, tarixi geologiya, hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar Elmləri akademiyalarının həqiqi üzvü İslam Tağıyev ilə görüş keçirilib.
Bilik Fondundan AzərTAc-a bildiriblər ki, görüşdə qonaqlar Azərbaycanın neft sənayesinin tarixi və müasir inkişafı barədə ətraflı məlumat veriblər. “Əsrin müqaviləsi”nin imzalanmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan qonaqlar Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən söz açıblar.
İyirmi il əvvəl Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi və "hasilatın pay bölgüsü" haqqında “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan İdris Rzabəyov bu sənədin tarixi, siyasi və beynəlxalq əhəmiyyətindən danışıb.
"Əsrin müqaviləsi"ndə dünyanın səkkiz ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyini xatırladan İslam Tağıyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını deyib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərindən Zeynəddin Şabanov, İlham Soltanov, Ağasəlim Həsənov, sosioloq Əhməd Qəşəmoğlu, Bilik Fondunun əməkdaşları və könüllü tələbə qrupunun üzvləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video