01 Oktyabr 2011 07:10
361
İQTİSADİYYAT
A- A+

Biləsuvarda əmək yarmarkası keçirilib

 

İş axtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib iş yerləri ilə təmin edilməsi məqsədilə Biləsuvar şəhərinin mərkəzindəki "Gənclər" istirahət parkında əmək yarmarkası keçirilmişdir.

Yarmarkanın hazırlanması və keçirilməsində tədbirlər planında nəzərdə tutulmuş şərtlərə əməl olunmuşdur. Boş iş yerlərinin təqdim edilməsi ilə əlaqədar rayon icra hakimiyyətində idarə, müəssisə və təşkilat rəhbərlərinin müşavirəsi keçirilmiş, tədbir keçiriləcəyi yer və tarix haqqında əhalinin sıx olduğu yerlərdə elanlar asılmış, rayonda çıxan "Məhsul" qəzetində məlumat dərc edilmişdir.

Əmək yarmarkasına rayondakı 7-si dövlət, 10-u qeyri-dövlət olmaqla 17 idarə və müəssisə 95 boş iş yeri çıxarılmışdır. 300 nəfərin iştirak etdiyi yarmarkada 78 nəfərə müxtəlif peşə və ixtisas sahəsinə işə düzəlmək üçün göndəriş verilmiş, 22 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 2 nəfərə isə kvota yerinə göndəriş təqdim edilmişdir.

 

S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video