12:29 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BİLDİRİŞ

ANA SƏHİFƏ / ELANLAR
00:20 12.08.2021

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 3 iddiaçı “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 02.08.2021-ci il tarixdə agentlik ilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 051 911.00 (bir milyon əlli bir min doqquz yüz on bir manat 00 qəpik) manat, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti arasında 1 283 625.83 (bir milyon iki yüz səksən üç min altı yüz iyirmi beş manat 83 qəpik) manat və “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 1 579 588.12 (bir milyon beş yüz yetmiş doqquz min beş yüz səksən səkkiz manat 12 qəpik) manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM