19 Aprel 2013 01:04
384
PARLAMENT
A- A+

Bəzi malların gömrük rüsumundan azad edilməsi təklif olunur

 

Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ - "Gömrük tarifi haqqında" yeni qanun layihəsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna redaktə xarakterli dəyişiklik daxil edilib.

İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından "Gömrük tarifi haqqında" qanunun böyük əhəmiyyəti var. Layihə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.

Qanun layihəsi barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi, general-mayor Mirqasım Vahabov deyib ki, qanun 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədi idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər. Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.

M.Vahabov onu da bildirib ki, gömrük rüsumlarından müəyyən yükləri, baqajları və eyni zamanda dənizdə balıq ovlayan Azərbaycan gəmilərini, habelə Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan azad edilir. Eyni zamanda Azərbaycanın milli valyutası, xarici valyuta və qiymətli kağızlar gömrük rüsumundan azad edilir.

Qanun layihəsində bildirilir ki, gömrükdən keçirilən zaman hər hansı mala gömrük əməkdaşı tərəfindən düzgün olmayan dəyər təklif edilərsə və məhkəmə bəyannaməçinin mövqeyinin düzgün olduğunu hesab edərsə, bəyannaməçiyə dəyən zərər və malın dəyərinə edilən düzəlişlər bunu təklif edən vəzifəli gömrük əməkdaşından tutulması ilə bərabər həmin şəxs eyni zamanda intizam məsuliyyətinə cəlb olunur. Həmçinin, miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətləri gömrük rüsumundan azad olunur.

Müzakirələr zamanı deputatlardan Əli Məsimli, Vahid Əhmədov və başqaları layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.

Sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna redaktə xarakterli dəyişiklik müzakirə edilib.

Hər iki layihənin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması tövsiyə olunub.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video