31 Iyul 2021 00:41
1143
Elm və texnika
A- A+

Beynin gücü

 

Aparılan araşdırmalar qarşıdakı illərdə monitor və mikrofona ehtiyacımızın olmayacağını göstərir. Telefonların geyim və əşyalara belə inteqrasiya ediləcəyi proqnozlaşdırılır.

İndi bu cihazları beyninizlə əlaqəli bir interfeysə bağladıqdan sonra tətbiqləri və mesajları yalnız düşüncə ilə oxuduğunuzu və yönləndirdiyinizi xəyal edin. “Qara Güzgü” seriyasından bir fikir kimi görünsə də, son 30 ildə smartfonların dəyişməsini düşünsək, gələcəkdə bu tamamilə mümkündür.

Bircə eynəklə telefon, planşet, noutbuk və digər bu kimi elektronik əşyalara sahib çıxmaq mümkün olacaq. Əlinizə baxmağınızla eyni anda böyük ekranlı bir telefon görəcəksiniz. Ad seçmək üçün ekrana toxunmağa ehtiyac olmayacaq. Göz hərəkətlərini izləyən ağıllı sistem vasitəsilə hər şeyi baxaraq həll edəcəksiniz. Bu son olacaqmı? Əlbəttə ki, yox!

Bir sonrakı addımda bütün texnologiyaların bir linza səviyyəsinə endiyini görəcəksiniz. Ağıllı linzalarla ürəyimiz istəyən hər şeyi görə biləcəyik. Hazırda Sony, Samsung və Google şirkətlərinin ağıllı linzalar üçün aldığı patentlər mövcuddur. Həmin linzalar göz suyu vasitəsilə enerji yığacaq. Gözdən sonra əsas meyar beyinlərimiz olacaq. Daimi olaraq internetə bağlı, bir məlumat lazım olduqda data bazasından endirən və özünü təkmilləşdirən bir formaya düşəcək beyinlər bəlkə də Matriksin qapılarını aralamağımıza kömək edəcək. Bununla Marsa fiziki olaraq getmədən də bu prosesi bir göz qırpımında yalnız vizual deyil, həm də duyğularımızla hiss edə biləcəyik.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video