03 Aprel 2012 01:04
536
Səhiyyə
A- A+

Beyni olmayan yeganə insanın yaşaması alimləri təəccübləndirmişdir

 

Beyin əlbəttə ki, insan orqanizminin ən vacib üzvüdür. O bədənimizi idarə edir, o bizim şüurumuza və emosiyalarımıza görə cavabdehdir. Başqa sözlə, beyin elə insanın özü deməkdir.

Dünyanın bütün alimlərini bu müddəaya yenidən baxmağa vadar edən istisna meydana çıxana qədər uzun müddət hamı belə düşünürdü.

AzərTAc Rusiya KİV-inə istinadən xəbər verir ki, Karlos Rodriges adlı həyatsevər amerikalı praktiki olaraq beyinsiz yaşayır. Onun alın payı yoxdur. Ümumiyyətlə, dəhşətli avtomobil qəzasından sonra onun kəllə qutusu, demək olar, boş qalıb. Lakin o papaq geyindikdən sonra başqa adamlardan heç nə ilə fərqlənmir.

Bir sıra mənbələr belə bir hadisəyə 16-cı əsrdə də təsadüf edildiyini qeyd etmişlər. O zaman ağır kəllə travmasından ölən oğlanı üç il sonra yararkən onda beyin aşkar olunmamışdır. Onun üç il ərzində necə yaşadığı naməlum qalmışdır.

Bəzi alimlər hesab edirlər ki, "qarın beyni" adlanan orqan mövcuddur. Və həqiqətən də, mədədə və bağırsaqda məsələn, onurğa beynindəkindən daha çox, yəni 100 minə yaxın neyron hüceyrəsi mövcuddur.

Rodrigesə gəldikdə isə, baş beyninin 60 faizindən çoxunun çıxarılmasından sonra onun şəxsiyyəti qətiyyən dəyişməyib, yaddaşı və koqnitiv qabiliyyəti normal fəaliyyət göstərir. Bəs onda o necə düşünür? İndi alimlər bu suala cavab tapmağa çalışırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video