08 May 2021 11:33
1502
Səhiyyə
A- A+

Beyni əqli zəiflikdən qoruyan qidalar

Yeni tədqiqata görə, balıq, tərəvəz və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi insan beynini Alzheimer xəstəliyinə səbəb ola biləcək zülalın yığılmasından və sıxılmasından qoruya bilir. Tədqiqatın nəticələri mayın 5-də Amerika Nevrologiya Akademiyasının “Neurology” Tibbi jurnalının onlayn-buraxılışında dərc edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqat zamanı amiloid və tau adlanan anormal zülallar öyrənilib. Amiloid sızanaq, tau isə yumaqcıq yaradan zülallardır. Onların hər ikisi Alzheimer xəstəliyi olan insanlarda aşkarlansa da, normal idraklı yaşlı insanların beynində də tapıla bilər.

Aralıq dənizi pəhrizinə yüksək miqdarda tərəvəz, paxla, meyvələr, dənli bitkilər, balıq və zeytun yağı, yağ turşuları, süd məhsulları və ət də daxildir.

“Bizim tədqiqatımız göstərir ki, tərkibi dolğunlaşmamış yağlardan, balıqlardan, meyvə və tərəvəzlərdən, aşağı tərkibli süd və ət məhsullarından ibarət olan pəhriz həqiqətən beyninizi yaddaş itkisindən və əqli zəiflikdən qoruya bilər”, - deyə Bonndakı alman neyrodegenerativ xəstəliklər mərkəzinin professoru, müəllif Tomazzo Ballarini söyləyib.

Əgər insanların onurğa beyninin amiloid və tau zülalına nəzər yetirsək, pəhrizə riayət etməyənlərdə riayət edənlərlə müqayisədə amiloid və tau biomarkerinin səviyyəsi daha yüksək olacaq. Yaddaş testlərinə gəldikdə, pəhrizə riayət edənlər, riayət etməyənlərdən pis nəticələr əldə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video