17:02 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstan ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini müzakirə edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:23 20.06.2021

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində fondun prezidenti Günay Əfəndiyeva ilə Qazaxıstan Respublikasının Baş nazirinin müavini və Qazaxıstanın xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.

Görüşdə fondun qurucu üzv ölkəsi olan Qazaxıstan ilə təşkilat arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyi mövzusunda danışıqlar aparılıb.

Günay Əfəndiyeva görüşdə Qazaxıstan ilə tərəfdaşlıq münasibətlərinin fond üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, fond tərəfindən Qazaxıstanın maddi-mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin, tədbirlərin keçirildiyini, konfransların, dəyirmi masaların təşkil olunduğunu, kitabların nəşr etdirildiyini bildirib. Fondun prezidenti, eyni zamanda, türkdilli ölkələrin, eləcə də Qazaxıstanın zəngin adət-ənənələrinin, tarixinin tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin bütövlükdə türk dünyasının mədəni inkişafına xüsusi töhvələr verə biləcəyini bildirib.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi fond tərəfindən təqdirəlayiq işlər görüldüyünü qeyd edərək, qurumun fəaliyyətini yüksək qiymətləndirib. Nazir türkdilli xalqların bir-birinə yaxınlaşmasında türkdilli beynəlxalq təşkilatların xüsusi rolunun olduğunu bildirib. O, fondun da bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələrə dəstək verəcəyini qeyd edib.

Görüşdə tərəflər, eyni zamanda, Türküstanın türk dünyasının mənəvi paytaxtı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin təsadüf olmadığına, Şuşanın gələcəkdə türk dünyasının mədəni mərkəzlərindən olması üçün birgə səylərin göstərilməsinin önəminə toxunublar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM