10:10 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq Türk Akademiyasında Macarıstan və Qazaxıstan xarici işlər nazirlərinin görüşü keçirilib
ANA SƏHİFƏ / DÜNYA
09:10 07.04.2021

 

Macarıstanın xarici ticarət və xarici işlər naziri Peter Siyarto və Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Beynəlxalq Türk Akademiyasını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Peter Siyartonun başçılıq etdiyi Macarıstan nümayəndə heyəti öncə Akademiyanın nəzdindəki Türk Muzeyini və Türk Kitabxanasını gəzib, məşhur macar türkoloq Konqur Mandokinin qiymətli əlyazmaları ilə tanış olub. Həmçinin, tanınmış macar səyyah Armin Vamberinin şərəfinə təşkil olunan "Türk dünyasının macar alimi" adlı sərgiyə baxış keçirilib.

Akademiyanın prezidenti Darxan Kıdırəli 70 mindən çox qiymətli əsərlərin toplandığı kitabxananın əhəmiyyətli bir hissəsinin məhz K.Mandokinin zəngin şəxsi kitabxanasının nadir nümunələrindən təşkil olunduğunu bildirib. O, təşkilatın layihələri haqqında qonaqlara geniş məlumat verib, Macarıstanın Türk Akademiyasının müşahidəçi üzvü kimi aktivliyindən razılıq ifadə edib.

Macarıstanın xarici ticarət və xarici işlər naziri Peter Siyarto öz növbəsində, qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi, xalqların daha da yaxınlaşması istiqamətində görülən işlərə görə Akademiyaya təşəkkür edib və Türk Kitabxanasına macar dilində dəyərli əsərlər bağışlayıb. Nazir türkdilli dövlətlərdən olan tələbələrin Macarıstanda təhsil və tədqiqatlara maraq göstərməsinin çox sevindirici olduğunu, bununla bağlı Macarıstan hökumətinin təqdim etdiyi təqaüd proqramlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı tərəflər elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Sonra Beynəlxalq Türk Akademiyasının Macarıstanla bağlı hazırladığı bir sıra əsərlərin, o cümlədən əfsanəvi Hun hökmdarı Attila haqqında "Avropanın Kralı Attila" adlı əsərin təqdimatı olub. Akademiyanın dəstəyi ilə ingilis dilində nəşr olunan kitabın müəllifi tanınmış alim, Macarıstanın Monqolustandakı səfiri Borbala Obruşanskidir.

Tədbir çərçivəsində həmçinin tanınmış qazax şair Cambıl Cabayevin macar dilində ilk şeirlər toplusunun, Armin Vamberiyə həsr olunan "Türk dünyasının macar alimi" kitabçasının, İştvan Konqur Mandokinin "Sındırılmaz köklər" və "İştvan Konqur Mandokinin biblioqrafiyası" kitablarının təqdimatı olub.

Görüşün sonunda Akademiyanın fəaliyyətinə dəstəyinə görə Peter Siyartoya Akademiyanın qızıl medalı təqdim olunub.

Xatırladaq ki, 2017-ci ildə Macarıstan Türk dünyası əməkdaşlıq qurumları arasında ilk olaraq Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunub. Akademiya tərəfindən Macarıstanın Türk dünyasına inteqrasiyasına yönəlmiş bir sıra layihələr həyata keçirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM