18:12 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / QANUNLAR
00:23 12.07.2020


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268; 2006, № 2, maddə 67; 2009, № 4, maddə 213; 2011, № 12, maddə 1078; 2019, № 7, maddə 1194, № 8, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə "hallarının” sözündən sonra ", onları yaradan səbəb və şəraitin” sözləri əlavə edilsin.

2. 5.0.2-ci maddəyə "dövlət orqanının” sözlərindən sonra "(qurumunun)” sözü əlavə edilsin.

3. 6-cı maddə üzrə:

3.1. 6.0-cı, 6.0.2 - 6.0.8-ci maddələr müvafiq olaraq 6.1-ci, 6.1.2 - 6.1.8-ci maddələr hesab edilsin;

3.2. 6.1-ci maddədə "15 gündən” sözləri "5 iş günündən” sözləri ilə əvəz edilsin;

3.3. 6.1.4-cü maddədən "birdəfəlik” sözü çıxarılsın, həmin maddədə "rüsumların” sözü "ödənişlərin” sözü ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:

"6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir.”.

4. 7.2-ci maddənin birinci (hər iki halda), ikinci və dördüncü cümlələrində "gün” sözü "iş günü” sözləri ilə, üçüncü cümləsində isə "gündən” sözü "iş günündən” sözləri ilə əvəz edilsin.

5. 8-ci maddə üzrə:

5.1. 8.1-ci maddədə "15 gün” sözləri "5 iş günü” sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 8.1-1-ci maddə əlavə edilsin:

"8.1-1. İnzibati nəzarət icraatının həyata keçirilməsi zamanı inzibati nəzarəti həyata keçirən orqan dövlət orqanlarına (qurumlarına) sorğular verə və məlumatlar ala bilər.”;

5.3. 8.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"8.2. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir.”;

5.4. 8.5-ci və 8.6-cı maddələrdə "gün” sözü "iş günü” sözləri ilə əvəz edilsin.

6. 9-cu maddədə "sonunda” sözü "yekunu üzrə” sözləri ilə əvəz edilsin.

7. 10-cu maddə üzrə:

7.1. 10.1-ci maddəyə "ümumiləşdirmələr” sözündən əvvəl "təhlil və” sözləri əlavə edilsin;

7.2. 10.2-ci maddəyə "tövsiyələr” sözündən sonra "alındığı gündən 5 iş günü ərzində” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM