08 Sentyabr 2021 14:13
884
SİYASƏT
A- A+

Belarusun xəbər portalı Füzuli Beynəlxalq Hava Limanına ilk uçuş barədə geniş məqalə yayıb

 

Belarusun xəbər portalında işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna - Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsinin enişi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “belprauda.com” xəbər portalında dərc olunan məqalədə Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsinin sınaq reysi həyata keçirdiyi qeyd olunur. Bildirilir ki, bu, işğaldan azad olunmuş Qarabağın ilk hava limanına eniş kimi də tarixə düşüb. Qeyd olunub ki, həmin təyyarə "Qarabağ" adını daşıyır. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Məqalədə, həmçinin avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olmaları barədə də ətraflı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video