09:11 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bədxassəliyə çarə

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:24 25.07.2021

 

Cənubi Kaliforniya Universiteti tərəfindən 5 min xərçəng xəstəsi və 4 min nəzarət qrupu üzvü arasında qida istehlakı ilə əlaqədar aparılan müqayisəli araşdırma zamanı gündə 3 fincan qəhvə istehlakının xərçəng riskini yüzdə 52 faiz azaltdığını ortaya çıxarıb.

ABŞ və Yaponiyada aparılan araşdırmalar çərçivəsində, 12 il boyu qidalanması izlənənlər arasında mütəmadi olaraq qəhvə istehlak edənlərdə xərçəng xəstəliyinin gedişatının yavaş irəlilədiyi aşkar edilib. Kimyaterapiya alıb qəhvə içənlərdə və kimyaterapiya alıb qəhvə içməyənlərdə vəziyyətin fərqli olduğu və birincilərdə daha yaxşı nəticələr ortaya çıxdığı da məlum olub. Qəhvə tərkibindəki polifenol, kafestol kimi maddələr sayəsində xərçəngin inkişafının qarşısını alır.

Qəhvə mədə və pankreas xərçəngini yüzdə 13, qaraciyər xərçənginin gedişini isə yüzdə 52 faiz yavaşladır. O cümlədən bu faydalı içki qaraciyər yağlanması, iltihab və serrozun da qarşısını alır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM