22 Aprel 2021 14:19
840
Elm və texnika
A- A+

BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub  

 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz səviyyəsində uğurla davam etdirildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığımızı deyən rektor Qarabağda quruculuq işlərində Özbəkistanın da iştirak etmək istəyinin iki ölkə arasında dostluq və qardaşlıq bağlarının təzahürü olduğunu qeyd edib.

Rektor BDU-nun Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə BDU arasında bağlanılmış müqavilə çərçivəsində həyata keçirilən tədbirlər, mübadilə proqramları, ikili və üçlü diplom layihələri haqqında məlumat verib. Gələcəkdə Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə BDU-nun daha sıx əməkdaşlıq etməsi istiqamətində təkliflərlə çıxış edib.

Səfir Bahrom Aşrafxanov təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Özbəkistan ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüş BDU və Özbəkistan ali məktəbləri arasında təhsil sahəsində gələcək əməkdaşlıq məsələləri, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq istiqamətində fikir mübadiləsi ilə davam edib, perspektivlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video