22:18 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
11:01 16.09.2021

“BBC News” televiziya kanalının saytında Azərbaycanın müasir və tarixi memarlıq abidələrindən bəhs edən “Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə memarlıq həvəskarları üçün Azərbaycanın paytaxtı Bakı şəhərində bir sıra qədim və müasir memarlıq incilərinin olduğu bildirilir. Müəllif qeyd edir ki, həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər nəticəsində son 20 ildə dünyanın ən iddialı və möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir.

Vurğulanır ki, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Bakı şəhərində müasir göydələnlər, qədim qalalar, tarixi abidələr mövcuddur. Yazıda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan XII əsrin tarixi memarlıq abidəsi olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı “Crystal Hall, “Külək-alov” konsepsiyası əsasında tikilən “SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən “Alov qüllələri”, “Park Bulvar” ticarət mərkəzi, barokko memarlıq üslubunda inşa edilmiş Hökumət Evinin binası, Azərbaycan Milli Xalça Muzeyi habelə inşası davam edən iri tikililər barədə məlumat verilib.

Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan məscid barədə də məlumat yer alıb. Müəllif hündür minarələrin, xüsusi bəzək elementlərinin, o cümlədən günbəzlərin məscidin daxilinə xüsusi gözəllik verdiyini bildirir. O, Bakı şəhərində 90-cı illərdə əsaslı şəkildə təmir edilmiş XIII əsrə aid olan Bibi-Heybət məscidi barədə də məlumat verir.

Müəllif vurğulayır ki, qabaqcıl və dünya səviyyəli memarlıq üslublarını dəstəkləyən Azərbaycan önümüzdəki illərdə dünyanın ən maraqlı və innovativ memarlıq layihələrinin bir çoxunu özünə cəlb etmək niyyətindədir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM