27 Noyabr 2021 15:14
1173
DÜNYA
A- A+

“Bayraktar TB2” 400 min uçuş saatı ilə türk aviasiya tarixində yeni rekorda imza atıb

 

Türkiyənin ilk milli və analoqu olmayan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq türk aviasiya tarixində yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baykar” şirkətindən bildirilib.

Türk aviasiya tarixində yeni mərhələ açan “Bayraktar TB2” bu rekordla Türkiyənin səmada ən uzun zaman keçirən ilk milli SİHA-sı olub. 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan “Bayraktar TB2” texniki xüsusiyyətləri və əməliyyatlarda istifadəsi baxımından dünyanın bu sahə üzrə ən qabaqcıl və yaxşı texnikası hesab edilir.

Bu aparatlar Azərbaycanın Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində döyüş vasitəsi olaraq özünü tam sübut edib.

Müdafiə analitiklərinin araşdırmalarına görə, “Bayraktar TB2” SİHA-ları ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun bir çox hava hücumundan müdafiə sistemini, radar sistemini, tanklarını, zirehli texnikasını, yük maşınlarını, arsenallarını eləcə də mövqe və bölmələrini məhv edərək, dünya hərb tarixində yeni səhifə açıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video