28 Oktyabr 2021 12:44
1245
CƏMİYYƏT
A- A+

Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarə Heyətinin üzvü seçilib

 

Oktyabrın 27-də BMT-nin Avstriyanın paytaxtı Vyanadakı qərargahında Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxalq təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Onuncu Sessiyada həmin beynəlxalq təşkilatın idarə olunması ilə bağlı mühüm qərarlar qəbul edilib, o cümlədən Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib. Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülüb.

Namizədlər Beynəlxalq Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış ediblər.

Gərgin rəqabət şəraitində keçən seçkidə Elnur Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı ilə Elnur Musayevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video