09:52 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Baş epidemioloq: Xəstəlikdən uzaq durmaq hər kəsin öz əlindədir
ANA SƏHİFƏ / SƏHIYYƏ
14:55 05.06.2020

Küçə, supermarket və iri ticarət mərkəzlərində tibbi maskasız gəzənlər və çox vaxt maskanı çənəsinin altında saxlayanlara tez-tez rast gəlirik. Belələri unudurlar ki, maska çənənin altında saxlamaq üçün deyil. Həkim kimi onu demək istəyirəm ki, ağız boşluğundan başqa burun boşluğu da var. Maska ilə təkcə ağız boşluğu deyil, burun boşluğu da örtülməlidir. Yalnız ağız boşluğunun örtülməsi tibbi cəhətdən heç bir fayda vermir, çünki burun vasitəsilə də nəfəs alınıb-verilir. Təəssüf ki, karantin tədbirləri yumşaldılandan sonra əhali arasında bundan sui-istifadə halları yarandı. Kim necə gəldi, o cür də hərəkət etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib

Professor bildirib ki, virus kimdənsə nəsə soruşmur, təbiətdə dövr edir. Yaxın olduqda yoluxma ehtimalı daha çox olur. Lakin karantin rejimi yumşaldılandan sonra nə sosial məsafə gözlənildi, nə də maskadan istifadə edildi. Bəzi saytlar, informasiya mənbələri, bəzi şəxslər əhalidə çaşqınlıq yaradan xəbərlər yaydılar. İnfeksion xəstəliklərdə sağlam virus gəzdirənlər var, bunu əhaliyə tibbi dildə tədris etmək lazım deyil. Bunu həkimlər bilirlər.

"Pandemiyanın ilk günlərində Prezident İlham Əliyevin ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün gördüyü preventiv tədbirlər nəticəsində xalqımız milli həmrəylik nümayiş etdirdi. Nəticədə yoluxma və ölüm sayı çox az oldu. Lakin karantin tədbirləri yumşaldılandan sonra əhalinin gigiyenik tələblərə əməl etməməsi nəticəsində yoluxma sayında yenidən artım baş verdi. Virus kimə yoluxub-yoluxmamaq məsələsini heç kimdən soruşmur və məqam düşəndə mütləq ona yoluxma baş verir. Əlli ildən artıq bu sahədə tədrislə məşğul olan təcrübəli bir mütəxəssis kimi əhalini həkimlərin göstəriş və tövsiyələrinə mütləq əməl etməyə çağırıram. Nə dövlətin, nə də tibbi qurumların hər evə bir tibb bacısı, bir həkim və bir polis işçisi qoyub ona nəzarət etmək imkanı yoxdur. Nəzarət hər kəsin özündən asılıdır. Xəstəlikdən uzaq durmaq hər kəsin öz əlindədir. Necə deyərlər, hər kəs özü-özünün həkimi olmağa çalışmalıdır.

Dövlət iqtisadi cəhətdən müəyyən itkilərə gedir və əhalinin sağlamlığını iqtisadi itkilərdən üstün tutur. Biz həkimlər də arzu edirik ki, yeni tikilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə müəssisələri qeyri-infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunsun”, - deyə İ.Ağayev qeyd edib.

Baş epidemioloq müsahibənin yekununda deyib: "Maska taxmaq heç bir çətinlik törətmir. Onu çənəsinin altına keçirənlərin xəstələnmə ehtimalı maska taxanlarla müqayisədə daha çoxdur. Küçədə, marketdə, ictimai yerlərdə təkəbbürlülük edərək maska taxmayanlar infeksiyaya yoluxandan sonra xəstəxana palatalarında, reanimasiya şöbələrində sağlamlıq problemləri ilə üzləşəndə, nəfəs almaqda çətinlik çəkəndə böyük peşmançılıq hissləri keçirilər. Əlbəttə ki, onda artıq gec olur...” .


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM