21:08 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Balaca Amal insanları yaxınlaşdırmaq üçün səyahətə çıxıb

ANA SƏHİFƏ / DÜNYA
01:39 01.08.2021

 

Kiçik Amal qeyri-adi qızdır. Onun boyu 3,5 metrdir. Avropada qət edəcəyi yol 8 min kilometrdir. “Alman dalğası” radiostansiyası unikal layihə barədə söhbət açır:

Balaca Amalın marşrutu Suriyadan Böyük Britaniyaya qədərdir. Qızcığaz yemək axtarışı üçün evdən getmiş və geri qayıtmamış anasını axtarır.

Əslində Amal nəhəng gəlincik və “The Walk” teatr layihəsinin əsas personajıdır. Türkiyənin cənubunda, Suriya ilə sərhəd yaxınlığında yerləşən Qaziantep şəhərində start götürdükdən sonra bu gəlincik 2 ay ərzində Avropanın 8 ölkəsinə “səfər” edəcək.

Bu layihə Böyük Britaniyanın “Good Cpance” kollektivinin korona virus pandeniyası dövründə unudulmağa başlayan qaçqınların problemlərinə diqqəti yönəltmək cəhdidir.

Teatrın bədii rəhbəri Əmir Nizar Zuabi vurğulayır ki, hazırda bütün dünyanın digər problemlərin həlli ilə məşğul olduğu halda, qaçqınlarla bağlı yaranmış böhrana diqqəti cəlb etmək çox vacibdir. Və teatrın əsas vəzifəsi öz doğma evlərini tərk etmiş adamların ağır həyatı barədə yox, onlardakı potensial haqqında danışmaqdır. Təşkilatçılar qeyd edirlər ki, bu, indiyədək təşkil olunan teatrlar arasında ən innovasiyalı və maraqlısıdır. Tamaşaya cəlb olunmuş aktyorlar arasında vaxtilə qaçqın həyatı yaşayan adamlar da var.

Amalın olduğu hər bir yerdə rəssamlar və mədəniyyət xadimləri aksiyaya qoşulacaqlar. Tamaşaçıları rəngarəng proqram gözləyir. Almaniyanın Ştuttqart şəhərində Amalı “Dundu” teatrı qarşılayacaq. Bu kollektivin rəhbəri Fabian Zeyevald layihənin unikallığını və cəsarətini vurğulayır. Pandemiya dövründə 8 ölkədə bunu reallaşdırmaq heç də asan məsələ deyil. “Gəlincik” Almaniyaya İzmirə, Romaya, Marselə, Cenevrəyə və Strasburqa səyahət etdikdən sonra gələcək.

Bu il oktyabrın 1-dən 3-dək Ştittqart, Köln və Rekklinqhauzen şəhərlərində çıxış etdikdən sonra Amal Antverpenə, Brüsselə, Parisə və Londona yollanacaq. Ştuttqartda Amalı ona oxşar marionet gəlinciklər gözləyir. Düzdür, onların ölçüləri daha böyükdür - 5 metr.

Kölndə “ArtAsyl” birliyi Amala müharibə acıları yaşamış böyük nəslin nümayəndələri ilə görüş hazırlayır. Digər şəhərlərdə küçə yürüşləri planlaşdırılmışdır.

“Lttle Amal” layihəsi üçün gəlinciyi Cənubi Afrikadan olan tanınmış istehsalçı “Handspring Puppet Company” şirkəti hazırlamışdır. Amala görə, şirkətin yaradıcıları hətta təqaüdlərini yarımçıq qoyaraq yenidən işə çıxmışlar. Şirkətin banilərindən biri Adrian Koler qeyd edir ki, qaçqın mövzusu zəmanəmiz üçün çox vacibdir. Bir çox teatrlarınm bağlandığı pandemiya dövründə isə bu kimi aksiya insanları yenidən birləşdirməyə kömək edə bilər.

Amalın hərəkət etməsi üçün gəlinciyi eyni vaxtda 4 nəfər idarə etməlidir. Düzdür, mexanikasız da ötüşmək mümkün deyil.

“Good Cpance” teatr kollektrivi 2015-ci ildə Kaledə qaçqın düşərgəsində yaradılmışdır. Onun “Cəngəlliklər” adlı ilk tamaşası Londondakı teatr meydançalarında böyük uğur qazanmışdır. Kollektivin aktyorları və rəhbərləri əmindirlər ki, incəsənət humanitar böhranların həllində böyük rol oynayır. Bununla Fabian Zeyevald da razılaşır. O, “Alman dalğası” radiostansiyasına müsahibəsində kollektivin 2013-cü ildə Qahirədə keçirdiyi bir aksiyanı xatırlatmışdır. Nəhəng marionet gəlincik uşaqlarda elə heyranlıq yaratmışdır ki, hansısa anda insanlar arasında bütün fərqlər və sərhədlər silinmişdir. Və ən gözlənilməz effekti tamaşaçılar gəlinciyin hərəkətində iştirak etmək icazəsi aldıqda yaşayırlar. Marionet teatrının bütün magiyası məhz elə bundadır - birlikdə insanlarda həyata oyanış yaratmaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM