28 Dekabr 2011 01:12
401
Mədəniyyət
A- A+

«Baku» jurnalının Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışı tezliklə Azərbaycan və ingilis dillərində də nəşr ediləcəkdir

 

"Baku" populyar beynəlxalq jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş "Ad gününüz mübarək, əziz Prezident!" adlı xüsusi nömrəsi çapdan çıxmışdır. "Baku" jurnalının redaksiyasından AzərTAc-a verilən məlumata görə, jurnalın xüsusi nömrəsi tezliklə Azərbaycan və ingilis dillərində də nəşr ediləcəkdir.

"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva giriş sözündə etiraf edir ki, atasının ad günündə ona nə hədiyyə etmək barədə çox fikirləşmişdir. Leyla xanım Əliyeva yazır: "Sənə nə hədiyyə etmək barədə çox düşündüm və qərara gəldim ki, bu gün səni hər şeydən çox yaxın adamlarının sözləri, doğmalarının arzuları və dostlarının, səninlə ünsiyyətdə olmaq, səni tanımaq, həyatda səninlə yanaşı addımlamaq imkanına malik olan hər kəsin təbrikləri sevindirə bilər!".

Jurnalda Prezidentin xanımı Mehriban Əliyevanın, qızları Leyla xanım və Arzu xanımın, oğlu Heydər Əliyevin, akademik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin, akademik, Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rəhbəri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın, tanınmış siyasətçilərin, iş adamlarının, mədəniyyət və incəsənət xadimlərinin, habelə Azərbaycanın müxtəlif regionlarından olan ölkə sakinlərinin çoxsaylı təbrikləri də dərc edilmişdir.

Gözəl tərtibatlı və illüstrasiyalı 182 səhifəlik nəşrdə Prezident İlham Əliyevin uşaqlıq və gənclik dövrü, tələbəlik illəri və siyasi fəaliyyəti haqqında maraqlı məqalələr, çoxsaylı fotoşəkillər dərc edilmişdir.

Yazıçı-publisist Elmira Axundovanın "Heydər və Zərifə Əliyevlər" sərlövhəli məqaləsi Əliyevlər ailəsinin fotoşəkilləri ilə illüstrasiya edilmişdir. Burada Azərbaycan Prezidentinin qeyri-adi keyfiyyətlərə malik olan valideynləri - XX əsrin dünya miqyasında tanınmış lideri Heydər Əliyev və istər Sovet İttifaqında, istərsə də onun hüdudlarından kənarda tanınmış alim, akademik, oftalmologiyada yeni iridodiaqnostika istiqamətinin banisi Zərifə Əliyeva haqqında söhbət açılır.

Müasir Bakının bənzərsiz siması haqqında məqalə və dövlət başçısının quruculuq fəaliyyətinə həsr edilmiş digər materiallar böyük maraq doğurur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video