05 Oktyabr 2011 01:10
504
Səfərlər
A- A+

Bakının Ziya Bünyadov prospektində tikintisi davam etdirilən yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanışlıq

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olmuşdur. 

Dövlətimizin başçısına məlumat verildi ki, bu ərazidə Ziya Bünyadov prospektindən Böyük Şor dairəsi istiqaməti üzrə beş yol qovşağı və ötürücüsü tikilir. Prospektin 9 min 150 metr uzunluğunda avtomobil yolları və qovşaqlarının yenidən qurulması da nəzərdə tutulur. Yol qovşaqlarından biri Alı Mustafayev, Əbdülvahab Salamzadə, Hüseynbala Əliyev küçələri ilə Ziya Bünyadov prospektinin kəsişməsində - Xutor dairəsində inşa olunur. Yol qovşağında uzunluğu 620, 260, 522 metr, eni isə 22 və 10 metr olan üç tunel tikiləcəkdir. Bundan başqa, sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün uzunluğu 170 metr olan üç piyada keçidi də inşa olunacaqdır. Tikinti işlərinə bu ilin əvvəlində başlanmışdır.

 Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində tikilən yol qovşağının sxemi ilə tanış oldu. Məlumat verildi ki, bu yol ötürücüsünün uzunluğu 328, eni isə 28 metrdir. Tikintisinə bu ilin əvvəlində başlanılan layihənin sifarişçisi Nəqliyyat Nazirliyidir.

Ziya Bünyadov prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində dəmir yolu xətti üzərindən keçən yol ötürücüsünün texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, yenidən qurulacaq yolun uzunluğu 452, eni 27 metrdir. Hazırda işlərin 70 faizdən çoxunun başa çatdırıldığı yol ötürücüsündə altı hərəkət zolağı olacaqdır.

Dövlətimizin başçısı Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində inşa edilən yol qovşağının sxeminə də baxdı. Tikintisinə bu ilin mayında başlanılan tunelin ümumi uzunluğu 610, eni 26,5, hündürlüyü isə 5,5 metrdir. Tuneldə altı hərəkət zolağı olacaqdır.

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tikilən tunelin sxemi ilə tanış oldu. Altı hərəkət zolağının olacağı tunelin ümumi uzunluğu 800, eni 26 metrdir. Yol qovşağının tikintisi ilə yanaşı, Müzəffər Nərimanov küçəsi də yenidən qurulacaqdır.

Dövlətimizin başçısına məlumat verildi ki, Ziya Bünyadov prospektində tikilən 5 yol qovşağında işlərin 2012-ci ilin sonunda başa çatdırılacağı nəzərdə tutulur. 

Prezident İlham Əliyev yol qovşaqları və avtomobil yollarının tikintisinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video